05 05 2024-cu il Bakı 18 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Bu şəxslərə hərbi xidmətdən möhlət hüququ VERİLƏCƏK

23.02.2021

Doktoranturaya qəbul üzrə ilk imtahandan müvəffəqiyyətlə keçən çağırışçılara da hərbi xidmətdən 3 ay möhlət hüququ verilir.

DM xəbər verir ki, Milli Məclisin iclasında bununla bağlı "Hərbi vəzifə və hərbi xidmət haqqında” qanuna müvafiq dəyişiklik üçüncü oxunuşda müzakirəyə çıxarılıb.

Bununla da təhsilini davam etdirmək üçün hərbi çağırışa möhlət veriləcək şəxslərin siyahısı genişləndirilir.

Bu zamana qədər isə əyani təhsilalma formasında bakalavriatda, magistraturada, doktoranturada (adyunkturada), əsas (baza ali) tibb təhsili və rezidenturada təhsil alanlara təhsilini bitirinədək hərbi xidmətdən möhlət verilirdi.

Layihə səsə qoyularaq qəbul edilib.