08 05 2024-cu il Bakı 13 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

ABŞ-da gəmi qəzası: 11 ölü var

20.07.2018

ABŞ-ın Missuri gölündə suda və quruda hərəkət edə bilən təkərli qayığın batması nəticəsində faciə baş verib.
"Dövran Media" "CNN Türk” kanalına istinadən xəbər verir ki, faciə nəticəsində ən azı 11 nəfər ölüb, 5 nəfər isə itkin düşüb.
Branson Cox Tıp xəstəxanasından qayığın batmasından qısa bir zaman sonra 3-ü uşaq 7 nəfərin xəstəxanaya çatdırıldığını bildirib. Onlardan ikisinin vəziyyətini ağır olduğu qeyd edilib.
Stone bölgə şerifi Douq Reyder batan qayıqda 31 nəfərin olduğunu müəyyən etdiklərini bildirib.
Hazırda hadisə yerində xilasedicilər itən şəxslərin axtarışını davam etdirir.
Qeyd edək ki, ABŞ-ın Milli Meteorologiya Xidməti qayığın batdığı zaman küləyin sürətinin 100 km/saat olduğunu bəyan edib.