08 05 2024-cu il Bakı 13 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Arşavir Qaramyan: Ermənistan xəritədən silinib

22.02.2021

Ermənistan bir subyekt kimi dünyanın siyasi xəritəsindən silinib, yalnız fiziki xəritəsində qalıb.

DM Musavat.com-a istinadən xəbər verir ki, bu barədə Birinci Qarabağ müharibəsinin canilərindən, düşmən ölkədə "qəhrəman” kimi tanınan Arşavir Qaramyan Feysbuk statusunda yazıb.

Onun sözlərinə görə, Ermənistanda baş verən daxili və xarici proseslərə dünya birliyinin biganə münasibəti və erməni xalqına edilən qəsdlər onun dediklərini sübut edir.

"Əsas oyunçuların bir hissəsinin siyasi meydanda "plan” hazırladığı bir vaxtda, digər kəsim "A planı” və "B planı”nın həyata keçirilməsi ilə məşğul olur”, - deyə o əlavə edib.

Qeyd edək ki, Arşavir Qaramyan Qarabağ müharbəsində fəallığı ilə seçilən cinayətkarlardan olub. Əsgəran rayonunun Qarabulaq kəndindən olan bu adam Şuşa və Laçının işğalında ciddi rol oynayıb. Müxtəlif dövrlərdə o, qondarma qurumun "polis rəisi”, "baş prokuroru”, "təhlükəsizlik xidmətinin rəhbəri” "vəzifələrində” çalışıb.