08 05 2024-cu il Bakı 13 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Bu gün Yer kürəsinə stadion boyda asteroid yaxınlaşacaq

22.02.2021

 Bazar ertəsi Yer kürəsinə ölçüsü stadion boyda olan asteroid yaxınlaşacaq.

DM "Report”a istinadən xəbər verir ki, bu barədə NASA-nın JPL Elmi Tədqiqat Mərkəzi bildirib.

Hesablamalara əsasən, diametri 212 metr olan 2020 XU6 asteroidi planetimizə təxminən dörd milyon kilometr məsafədə yaxınlaşacaq.

Bu gün həmçinin Yer kürəsinin yanından 23 metr diametrə malik asteroid 2020 BV9 keçəcək. Onun planetimizdən ən yaxın məsafəsi 5,6 milyon kilometr olacaq. Eyni zamanda 40 metr diametrə malik 2021 CC5 asteroidi də planetimizin yanından keçəcək. Onunla Yer arasında məsafə təxminən 6,9 milyon kilometr təşkil edəcək.

Dünən isə Yer kürəsinin yaxınlığından diametri 10 metr olan 2021 DD1 və 61 metr təşkil edən 2021 DK1 asteroidləri keçib.