29 04 2024-cu il Bakı 21 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

“Azərbaycan ordusu kifayət qədər güclüdür” - Erməni general

19.02.2021

 2020-ci ilin yayına kimi Ermənistan ordusunun baş qərargah rəisi olmuş Artak Davtyan 44 günlük müharibə haqqında diqqətçəkən fikirlər səsləndirib.

DM xəbər verir ki, o, yerli KİV-ə verdiyi müsahibədə Şuşa döyüşlərindən tutmuş revanşizm meyllərinə qədər bir çox suallara cavab verib. Davtyan jurnalistin "müharibə niyə minlərlə ölü, yaralı, xeyli əsir və itkinlərin olması, torpaqların itirilməsi ilə başa çatdı?" sualını belə cavablandırıb:

"Bir şeyi dəqiq deyə bilərəm ki, rəqib kifayət qədər güclü idi. Biz də əslində zəif olmadıq. Axı, döyüşlər 44 gün çəkdi. Nə oldusa, son günlərdə baş verdi, sonda nələrsə düz getmədi. Tam olaraq detalları deyə bilmərəm. Çünki təfərrüatları bilmirəm. Amma bu təfərrüatlar və səhvlər açıqlanmalıdır. Müharibənin nəticələrinin səbəblərini aydınlaşdırmaq üçün bir komissiyanın yaradılmasında iştirak etməyə hazıram".