29 04 2024-cu il Bakı 18 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Paşinyanın reytinqi AÇIQLADI

19.02.2021

 Beynəlxalq sorğu mərkəzi olan "Gallup" Ermənistan əhalisi arasında siyasi qüvvələrlə bağlı sorğu keçirib.

DM Ermənistan KİV-ə istinadən xəbər verir ki, keçirilmiş sorğunun nəticələri açıqlanıb.

Qeyd edilib ki, müharibədəki məğlubiyyətə baxmayaraq Nikol Paşinyan Ermənistanda hələ də ən reytinqli siyasətçidir. Bunun səbəbi hazırki baş nazirin uğurlu siyasəti yox, keçmiş hakimiyyətin korrupsiya əməlləri və digər cinayətlərə görə ictimai nüfuzunu itirməsidir. Sorğunun nəticələrinə əsasən, vətəndaşlar 5 ballıq sistemlə Ermənistandakı siyasətçiləri qiymətləndiriblər.

Baş nazir Nikol Paşinyan 2.8, prezident Armen Sarkisyan 2.3, müxalif Çiçəklənən Ermənistan Partiyasının lideri olan oliqarx Qaqik Tsarukyan 2.2, eks-prezident Robert Koçaryan 2, müxalif İşıqlı Ermənistan Partiyasının sədri Edmon Marukyan 1.8, eks-prezident Levon Ter-Petrosyan 1.7, keçmiş baş nazir və birləşmiş müxalifətin vahid namizədi Vazgen Manukyan 1.6, sabiq MTX rəhbəri və müxalif Vətən Partiyasının sədri Artur Vanesyan isə 1.5 bal toplayıb.

Respondentlərin 33.1 faizi bu gün seçki keçirilərsə, Paşinyanın partiyasına səs verəcəyini bildirib. Sorğuda iştirak edənlərin 27.2 faizi isə heç bir siyasi qüvvəyə səs verməyəcəyini söyləyib. Çiçəklənən Ermənistan Partiyası 4.4 faiz, İşıqlı Ermənistan Partiyasının sədri 2.6 faiz, sabiq prezident Serj Sarkisyanın Ermənistan Respublika Partiyası isə 2.2 faiz respondentin etimadını qazanıb. Nəticələrə görə, bu gün seçki keçirilərsə, Daşnaksütun Partiyası da 2.2 faiz, Vətən Partiyası isə 0.9 faiz səs toplayardı.

Sorğu iştirakçılarının 43.6 faizi hesab edib ki, Nikol Paşinyan istefa verməlidir. 38.8 faiz isə onun səlahiyyət müddəti başa çatanadək vəzifədə qalmalı olduğunu düşünür.