29 04 2024-cu il Bakı 21 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Ərdoğandan QARABAĞ AÇIQLAMASI

19.02.2021

 "Həm Dağlıq Qarabağ müharibəsi, həm də pandemiya dövründə yaşadıqlarımız türk dünyasının birlik, bərabərlik və həmrəyliyinin önəmini göstərdi”.

DM xəbər verir ki, bunu Türkiyənin Prezidenti Rəcəb Tayyib Ərdoğan Türk Dünyası Meteoroloji Forumuna göndərdiyi təbrik məktubunda bildirib.

"Türk dünyası olaraq arxada qoyduğumuz müddətdə koronavirus pandemiyası səbəbi ilə aralarında dostlarımızın, sevdiklərimizin də olduğu bir çox insanı itirmə kədərini yaşadıq. Amma yenə də eyni dönəmdə 30 illik işğalın ardından Dağlıq Qarabağın yenidən ana vətənə qovuşması sevincini ürəkdən hiss etdik”, - Prezident vurğulayıb.