02 05 2024-cu il Bakı 16 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Gürcüstanın Azərbaycanla mənfi ticarət saldosu 36% artıb

19.02.2021

Bu ilin yanvar ayı ərzində Gürcüstanın Azərbaycanla xarici ticarət dövriyyəsinin həcmi 86 153,5 min ABŞ dolları təşkil edib ki, bu da 2020-ci ilin eyni dövrü ilə müqayisədə 16,9% və ya 17 625,2 min dollar azdır.

Bu barədə Gürcüstan Milli Statistika İdarəsinin hesabatında bildirilib.

Hesabat dövründə Gürcüstan Azərbaycandan 51 749.8 min dollarlıq mal və məhsul idxal edib ki, bu göstərici əvvəlki illə müqayisədə 11,2% azdır. Azərbaycandan idxal Gürcüstanın hesabat dövründəki ümumi idxalının 9,6%-ni təşkil edib.

Yanvar ayında Gürcüstanın Azərbaycana ixracı isə 34 403,7 min dollara bərabər olub. Bu, əvvəlki illə müqayisədə 24,4% azdır. Azərbaycana ixrac Gürcüstanın ümumi ixracının 15,3%-ni təşkil edib.

Nəticədə, Gürcüstanın 2021-ci ilin yanvar ayında Azərbaycanla ticarət dövriyyəsində 17 346,1 min dollarlıq mənfi saldo yaranıb ki, bu da illik ifadədə 36% çoxdur. Belə ki, ötən ilin analoji dövründə mənfi saldo 12 754,1 min dollara bərabər olub.