03 05 2024-cu il Bakı 17 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Bu şəxslər qısa müddətdə COVID-19-a yoluxmur

19.02.2021

 "Nəzərə alsaq ki, yanvarın 18-dən vaksinasiya prosesinə başlamışıq, martın ortalarında biz prosesi effektiv şəkildə aparsaq, xeyli sayda insanın vaksinasiyasına nail olsaq, bu, xeyli immunitet deməkdir. Bununla yanaşı xeyli insan da xəstələnib və onlarda immunitet formalaşıb. Biz yoxlamalarda görürük ki, bəzi insalarda immunoqlobinin səviyyəsi 100-dən belə yuxarıdır".

DM xəbər verir ki, bu sözləri tibb elmləri doktoru, professor Adil Qeybulla deyib.

Onun sözlərinə görə, bütün bunlar göstərir ki, immuniteti formalaşanlar da var: "İkinci dalğada xeyli insanlar xəstələndilər. Həm rəsmi statistika, həm də xəstəxanaya müraciət etməyən ambulator şəkildə evlərdə müalicə alan şəxslər də var. Əslində buna görə xəstəliyin sayı azalmaqdadır.

Bir tərəfdən karantin tədbirləri, digər tərəfdən yoluxub immunitet sistemi formalaşanlar, həmçinin vaksinasiya kollektiv immunitetin yaranmasına gedən yolu qısaltmaq üçündür. Bunu nə qədər effektiv aparsaq, biz bu prosesdən bir o qədər az itkilərlə və qısa müddətdə çıxa bilərik.

İmmunoqlobin və anticisim testləri yüksək olan şəxslər (immunitet sistemi formalaşanlar) qısa müddətdə COVID-19-a yoluxa bilməzlər. O şəxslər yoluxur ki, onlar yüngül keçiriblər və qanda immunitet formalaşmayıb".