06 05 2024-cu il Bakı 13 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Ermənilər Zəngəzurun Zeyvə kəndini BOŞALDIR

18.02.2021

 Zəngəzurun Zeyvə kəndində süni məskunlaşdırılan ermənilər bu yaşayış məntəqəsini  tərk edir.

Ermənistan KİV xəbər verir ki, bu barədə kəndin icma rəhbəri Beniamin Poqosyan açıqlama verib.

O, sərhədlərin delimitasiyasından sonra Azərbaycan Ordusunun mövqelərinin kəndə yaxın olduğunu və təsərrüfatla məşğul olmaq üçün yararlı torplaqların az olmasından şikayətlənib.

"Mövqelərin Azərbaycana verilməsindən sonra nə heyvandarlıq, nə də əkinçiliklə məşğul olmaq mümkündür. Kəndlilər mal-qarasını satıb kənddən çıxır. Hökumət bizim problemlərlə maraqlanmır”.

Onun sözlərinə görə, vəziyət belə davam edərsə, yaxın vaxtlarda kənd tamamilə boşaldılacaq.