06 05 2024-cu il Bakı 14 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Azərbaycanla Türkmənistan arasında SAZİŞ

18.02.2021

 Azərbaycanla Türkmənistan arasında yeni hökumətlərarası saziş hazırlanacaq.

DM-in məlumatına görə, bu barədə məsələ "Azərbaycan Respublikası Hökuməti ilə Türkmənistan Hökuməti arasında Xəzər dənizində "Dostluq” yatağının karbohidrogen resurslarının birgə kəşfiyyatı, işlənməsi və mənimsənilməsi haqqında” 2021-ci il yanvarın 21-də Aşqabad şəhərində imzalanmış Anlaşma Memorandumunda əksini tapıb.

Memorandumda qeyd edilir ki, "Dostluq” yatağının karbohidrogen resurslarının birgə kəşfiyyatı, işlənməsi və mənimsənilməsi üzrə əməkdaşlığı tənzimləmək üçün tərəflər hökumətlərarası saziş imzalayacaq.

Sazişin qısa zamanda hazırlanması üçün hökumətlər birgə işçi qrupu yaradacaqlar.

Qeyd edək ki, memorandum bu gün Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin onlayn iclasında müzakirə edilərək parlamentin plenar iclasına tövsiyə edilib. Sənədə əsasən, "Dostluq” yatağı 30% Azərbaycana, 70% Türkmənistana nisbətində bölüşdürülür.