Gürcüstan hökuməti tam tərkibdə istefa verdi 
    
                          
     
                         18.02.2021
 
    
                         Bu gün Gürcüstan hökuməti tam tərkibdə istefa verib.
DM xəbər verir ki, buna səbəb baş nazir Giorgi Qaxariyanın istefası ilə onun səlahiyyətlərinin dayandırılmasıdır.
Hökumət üzvləri yeni baş nazirin təyinatına qədər vəzifələrini icra edəcəklər. Ölkə parlamenti iki həftə ərzində yeni hökumət və onun təqdim etdiyi Nazirlər Kabinetinə etimad göstərməlidir. Hökumətə etimad üçün parlament çoxluğunun dəstəyi tələb olunur.