03 05 2024-cu il Bakı 16 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Gürcüstanda Nika böhranı

18.02.2021

Gürcüstanın ana müxalifət partiyası olan Vahid Milli Hərəkatın ofisi qarşısında situasiya gərginləşməyə başlayıb.

DM xəbər verir ki, səhər saatlarında ofisin qarşısına polis işçiləri gəlib və partiyanın liderinin həbsi ilə bağlı məhkəmə qərarını oxuyublar. Onların binaya girişinə Meliyanın tərəfdarları mane olublar.

Bununla belə Gürcüstan müxalifət partiyalarının liderləri bütün gecəni Vahid Milli Hərəkat Partiyasının ofisində keçiriblər. Onlarla bərabər Nika Meliya da ofisdə olub.

ABŞ-ın Gürcüstandakı səfirliyi isə Meliya ilə bağlı yaranan situasiyaya görə bir neçə saat ərzində iki dəfə bəyanat verməli olub. Səfirlik hər kəsi sakitliyi qorumağa çağırıb. Bununla bərabər Meliya ilə bağlı yaranan situasiyanın seçki və məhkəmə sistemindəki uzun illər davam edən problemlərdən qaynaqlandığı bildirilib. ABŞ tərəfləri dialoqa çağırıb, amma həm də məhkəmənin qərarının icrasının hər kəs üçün vacib olduğunu bəyan edib.

Gürcüstanın eks-prezidenti və Vahid Milli Hərəkat Partiyasının keçmiş sədri Mixail Saakaşvili də Meliyanın həbsini kəskin tənqid edib. O, Gürcüstanda artıq məhkəmənin mövcud olmadığını bildirib:

"Bidzina İvanişvili bütün dövlət institutlarını dağıdıb. İvanişvili bizim ölkəni, hər insanın vicdanını yox edib. Gürcstanda məhkəmə korpusu mövcud deyil. Bu, böyük qohum klanıdır. Bizim Nika ilə fəaliyyət planımız qanunun və ədalətin keşiyində olmaqdır”.

Qeyd edək ki, 2019-cu ilin iyununda müxalif siyasətçi zorakılıqda iştirak ittihamı ilə cinayət məsuliyyətinə cəlb olunub. Tiflis Şəhər Məhkəməsinin qərarı ilə o, 30 min lari məbləğində girov müqabilində azadlığa buraxılıb və elektron qolbaq vasitəsilə nəzarətdə alınıb. N.Meliya ötən ilin noyabrında qolbağı çıxarıb. Bundan sonra girovun məbləği 40 min lariyə qədər artırılıb və ödənilməsi üçün 50 gün müəyyən edilib. Müddət fevralın 12-də başa çatıb. N.Meliya girovu ödəməkdən imtina edib. Dünən məhkəmə Meliya haqqında həbs qəti imkan tədbirinin görülməsi barədə qərar qəbul edib.