09 10 2025-cu il Bakı 22 ℃
DM RADİO
Onlİne xəbər
03/09/2025
02/09/2025
19/08/2025
13/08/2025
11/08/2025
25/07/2025
05/05/2025
06/02/2025
10/10/2024
19/07/2024
12/07/2024
23/04/2024
16/04/2024
08/04/2024

Saakaşvilinin partiyası erkən seçkilərə çağırdı

18.02.2021

 Gürcüstanın keçmiş prezidenti Mixail Saakaşvilinin Vahid Milli Hərəkat Partiyası ölkədə növbədənkənar parlament seçkilərinin keçirilməsinə çağırıb.

DM Gürcüstan KİV-ə istinadən xəbər verir ki, bu barədə partiya sədri Nika Meliya partiyanın qərargahında keçirilən brifinqdə çıxış edib.

"Biz indi ölkəni böhrandan çıxaracaq dəyişikliklərə getməliyik. Bu dəyişikliklər erkən seçkilərdən keçir. Hansı ki, növbədənkənar parlament seçkiləri bütün sferalarda qayda-qanun yaradacaq. Buna görə də mən bütün müxalifət partiyalarına səslənirəm ki, gəlin bu rejimlə danışıqlar masasına oturaq. Oturaq və yeni, erkən, növbədənkənar parlament seçkilərinin keçirilməsini müzakirə edək. Hakimiyyəti erkən seçkilərə çağırıram", - deyə N.Meliya bəyan edib.