02 05 2024-cu il Bakı 16 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Erməni nazir öldü

18.02.2021

 Ermənistanın 2010-2016-cı illərdə kənd təsərrüfatı naziri olmuş Serqo Karapetyan ölüb.

DM Ermənistan KİV-ə istinadən xəbər verir ki, Ermənistanın keçmiş prezidenti Serj Sarkisyanın qanunsuz əməllərini ifşa etməklə və cinayətlərinin üstünü açmaqla gündəmə gəlmiş sabiq nazirin ölümünə səbəb koronavirus olub.

S.Karapetyan Paşinyanın hakimiyyətə gəldiyi inqilabdan sonra məhkəmədə Serj Sarkisyana qarşı ifadə vermişdi. Belə ki, məşhur "dizel işi" ilə bağlı ifadə verən nazir keçmiş prezidentin 1 milyon ABŞ dollarından çox dövlət vəsaitini mənimsədiyini faktlarla sübuta yetirmişdi.

Qeyd edək ki, S.Karapetyanın ifadəsi Sərkisyana qarşı ittihamların əsasını təşkil edirdi. Onun sözlərinə görə, Sarkisyanın dostunun şirkəti prezidentin fərmanı ilə dövlət tenderini qazanmışdı və külli miqdarda büdcə vəsaitini talan etmişdi.