03 05 2024-cu il Bakı 16 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Əli Əsədov bu gün Ərdoğanla görüşəcək

18.02.2021

 Azərbaycanın Baş naziri Əli Əsədovun rəhbərlik etdiyi nümayəndə heyəti Türkiyədə səfərdədir.

DM xəbər verir ki, səfər Türkiyənin vitse-prezidenti Fuat Oktayın dəvəti ilə həyata keçirilir. Bu, Azərbaycanın hökumət başçısının xarici ölkələrə ilk rəsmi səfəridir.

Ə.Əsədov F.Oktay, daha sonra isə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşəcək.

Bundan başqa, F.Oktay və Ə.Əsədov Türkiyə-Azərbaycan İqtisadi Əməkdaşlıq Komissiyasının 9-cu iclasında iştirak edəcəklər. Onlar Xarici İqtisadi Əlaqələr Qurumunun təşəbbüsü ilə təşkil ediləcək və iki ölkədən 150 özəl sektor nümayəndəsinin iştirak edəcəyi Türkiyə-Azərbaycan İş Forumunun ümumi iclasına da qatılacaqlar.

Forum zamanı iki ölkə arasında bir sıra müqavilələr imzalanacaq. İlkin məlumata görə, dövlət və özəl sektor sahələrindəki ticarət razılaşmalarının dəyəri 100 milyon ABŞ dollarından çox olacağı gözlənilir.