02 05 2024-cu il Bakı 16 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Yeni nazir Türkiyədə görüşlər keçirdi

18.02.2021

 Nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Rəşad Nəbiyev Türkiyəyə səfəri zamanı bir sıra görüşlər həyata keçirib.

DM xəbər verir ki, bu barədə nazir özü məlumat verib.

R.Nəbiyev ötən gün ilk olaraq Türkiyənin nəqliyyat və infrastruktur naziri Adil Karaismailoğlu ilə müzakirələr aparıb.

"Görüşdə tranzit, nəqliyyat, kibertəhlükəsizlik və rabitə sahələrində qarşılıqlı maraq doğuran məsələləri müzakirə etdik. Qardaş Türkiyə ilə əməkdaşlığımızın daha da genişlənəcəyinə ümid edirəm”,- deyə o, qeyd edib.

Nazir türkiyəli həmkarı Mustafa Varankla görüşündə isə innovativ sahədə əməkdaşlıqla bağlı müzakirələr apardığını deyib:

"Bu gün Türkiyənin sənaye və texnologiya naziri Mustafa Varank ilə görüşdə İKT və innovasiyalar üzrə əməkdaşlıq barədə fikir mübadiləsi apardıq. Layihələrin həyata keçirilməsi və Türkiyənin uğurlu təcrübəsinin Azərbaycanda tətbiq edilməsi barədə razılığa gəldik”.