02 05 2024-cu il Bakı 20 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Türk ordusunun hədəfi

18.02.2021

 Qara - Türkiyə-İraq sərhədinin 32 km cənubunda bir bölgədir. Mən Qarada xidmət etdim. Səddamın Qara dağında bir sarayı var idi. Onun 1991-ci ildə başlatdığı əməliyyat zamanı 650 min insan Türkiyəyə qaçdı. İçərisində bəzi terrorçu qruplar da var idi. 4 min terrorçu ABŞ-a aparıldı, təlim keçirildi. Onlar daha sonra Türkiyənin dağlarında yerləşib güc əldə etdilər. 2016-cı ildə təhlükəsizlik qüvvələrimizin Diyarbəkirin Sur rayonunda apardığı əməliyyat zamanı PKK-ya böyük zərbə vuruldu və Şimali İraqa qaçdılar. Qarada PKK-nın güc mərkəzinə çevrilməsi də o dövrə təsadüf edir.

DM xəbər verir ki, bunu Türkiyənin ehtiyatda olan generalı Ərdoğan Qaraquş bildirib.

"Baxın, bölgəni tanıyan biri kimi deyirəm. 9 otaqdan ibarət mağaranın görüntülərini izlədim. O mağaraların əksəriyyəti təbii şəkildə yaranıb və orada çoxlu elə mağara var. PKK bu mağaraların içərisində çalışaraq otaqlar yaradır və yaşamaq üçün şərait qurur. 5 min il öncə yeraltı şəhərlər inşa edilib. Kapadokyada neçə mərtəbəli evlər ovularaq düzəldilib. Günümüzdə də təbii mağaralar tənzimlənə bilər.

Əslində, PKK-nın Şimali İraq bölgəsində gizlənəcəyi, əsirləri saxlaya biləcəyi çox yer yoxdur. Bu səbəbdən əksəriyyəti kəndlərdə gizlənməyi üstün tutur. Bəlkə də ən uyğun yer Qara dağıdır. Qarada da 50 hədəf vuruldu, ancaq həmin mövqelərdə nə qədər terrorçu var idi, bilmirik. Sadəcə, həmin əməliyyatda 53 terrorçu məhv edildi", - Qaraquş vurğulayıb.

Qaranın terrorçulardan təmizlənməsindən sonra Qəndil və Sincarda olan terrorçular arasında koordinasiyanın qırılacağını deyən general bölgədə onların tükənmə mərhələsində olduğunu bildirib:

"Sincar əməliyyatı çox vacibdir. Burda belə bir detal var. Bu bölgədə İranın dəstəklədiyi Haşdi Şabi təşkilatı yerləşib. Sincarda yalnız PKK deyil, İranın dəstəklədiyi təşkilatlar da var. PKK bu təşkilatlarla o qədər də üz-üzə gəlmir. Sincarda əməliyyat olarsa, İranla razılaşmaq lazımdır. Artıq İraq hökuməti ilə bir razılaşma əldə etmişik. Yalnız PKK-nı vurmaq üçün bir əməliyyat olacaq".