Xəzərdə üzən gəmilərə XƏBƏRDARLIQ 
    
                          
     
                         17.02.2021
 
    
                         Xəzər dənizi akvatoriyasında küləkli hava şəraiti ilə əlaqədar "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) donanmasına aid Xəzərdə üzən bütün gəmilərə xəbərdarlıq göndərilib.
Bu barədə qurumun mətbuat xidmətinin rəhbəri Mehman Mehdiyev məlumat verib. O bildirib ki, küləkli havanın müşahidə olunacağı tarixlərdə limanlarda və lövbərlərdə dayanan gəmilərin kapitanlarına təhlükəsizlik üçün sığınacaqlarda dayanmalarını təmin etmələri tapşırılıb: 
"Hava şəraiti ilə əlaqədar artıq qabaqlayıcı təhlükəsizlik tədbirləri görülüb, gəmilər hazırda sığınacaqlardadırlar. Dənizdə onların yenidən fəaliyyəti 18 fevral axşam saatlarından sonraya nəzərdə tutulub".