02 05 2024-cu il Bakı 17 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Qarabağ erməniləri üçün rus dili?

17.02.2021

 Bu gün Qarabağ erməniləri, xüsusilə də ucqar kəndlərdə yaşayanlar erməni dilinin yerli ləhcəsindən başqa heç bir dildə danışa bilmir. Bu, Azərbaycana reinteqrasiya zamanı Bakıya əlavə problemlər yaşada bilər. Belə ki, Azərbaycan pasportu daşımağa razılaşan Qarabağ erməniləri ilə işləməli olan və ermənicə bilən çoxlu sayda məmura ehtiyac duyulacaq. Axı bu ermənilər başqa bir dil bilməməsi səbəbindən İrəvanın radikal təbliğatının qurbanı olur və dünya sivilizasiyasından kənarda qalır.

Bu barədə tanınmış rusiyalı tarixçi, hərbi ekspert Oleq Kuznetsov Qarabağ erməniləri üçün rus dilinin "ikinci əsas dil” ola biləcəyi haqqında məlumatları şərh edərkən bildirib.

Onun sözlərinə görə, bu, Qarabağda yaşayan ermənilərə öz məhdud millətçi baxışlarından, stereotiplərindən uzaqlaşmağa imkan verəcək və müəyyən zaman çərçivəsində Azərbaycan Respublikasının tərkibinə reitneqrasiya prosesinə kömək edəcək:

"Rus dilinə çıxış Qarabağ ermənilərinə illərdir yerli ultra-millətçilər tərəfindən başlarının yalanla doldurulmasını anlamaq və digər cinayətlər barədə məlumat əldə etmək şansı verəcək. Aydındır ki, bu xəbər Azərbaycanda da, şəxsən mənim özümdə də ruh yüksəkliyi yaratmır. Amma bu prosesin sülhməramlıların nəzarətində olan Qarabağın kiçik bir hissəsinin Azərbaycanın tərkibinə reinteqrasiyasına kömək edə biləcəyini unutmaq lazım deyil.

Qarabağın bu hissəsinin siyasi və hüquqi mənsubiyyətini heç kim şübhə altına almır. Mənə elə gəlir ki, Qarabağ erməniləri bu yolla həm də Rusiyaya potensial mühacirət etməyə hazırlaşırlar - ən azı işləmək qabiliyyətinə malik olanlar. Məsələn, hər hansı bir Qarabağ ermənisi öz bəxtini Rusiyada sınamağa çalışacaq.

Bu perspektiv həm Azərbaycanı, həm Ermənistanı, həm də Rusiyanı tam qane edir”.

Kuznetsov əlavə edib ki, rəsmi Bakı Qarabağa ilk fazada rusdilli məmurlar ezam edəcək:

"Bunu etmək üçün isə Bakının heç bir problemi olmayacaq. Görünür, erməni icması özü də bunu dərk etmədən Qarabağ ermənilərinin Azərbaycanın tərkibinə daha sürətlə daxil olmasına kömək edir. Keçid vaxtı bitdikdən sonra isə o ermənilərin əsas dövlət dili Azərbaycan dili olacaq”.