02 05 2024-cu il Bakı 17 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

İcra başçısından YENİ TƏYİNAT

17.02.2021

 Quba Rayon İcra Hakimiyyəti başçısı aparatında yeni yaradılmış Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinə müdir və böyük məsləhətçi vəzifələrinə təyinatlar olub.

DM məlumatına görə, Quba RİH-nin başçısı Ziyəddin Əliyevin müvafiq əmrləri ilə Şirinov Asəf Xalidşah oğlu şöbə müdiri, Nəcəfov Samir Məzahir oğlu böyük məsləhətçi vəzifəsinə təyin ediliblər.

Şirinov Asəf Xalidşah oğlu 12 noyabr 1978-ci ildə Quba rayonunun Rustov kəndində anadan olub, 2000-ci ildə Azərbaycan Dövlət Neft Akademiyasını bitirib, 2000-2002-ci illərdə Azərbaycan Silahlı Qüvvələrində xidmət edib. Vətən müharibəsi başladıqdan sonra  ordu sıralarına çağırılıb, Füzuli, Cəbrayıl, Xocavənd istiqamətində gedən döyüşlərdə iştirak edib. Ehtiyatda olan leytenantdır. 

Nəcəfov Samir Məzahir oğlu 07 iyul 1997-ci ildə Quba rayonunun Çartəpə kəndində anadan olub. 2018-ci ildə Sumqayıt Dövlət Universitetini bitirib. 2018-2019-cu illərdə Azərbaycan Silahlı Qüvvələrində xidmət edib.  Vətən müharibəsi başladıqdan sonra  ordu sıralarına çağırılıb, Füzuli, Cəbrayıl və Xocavənd istiqamətlərində gedən döyüşlərdə iştirak edib.