01 05 2024-cu il Bakı 18 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

“Azərişıq” əhaliyə müraciət edib

17.02.2021

 Havaların kəskin soyuyacağı, qar və sulu qar yağacağına dair Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin yaydığı məlumatla əlaqədar olaraq "Azərişıq” ASC gücləndirilmiş iş rejiminə keçib.

Bu barədə qurumun Mətbuat xidmətindən məlumat verilib.

Məlumata görə, bununla əlaqədar Bakıda və regionlarda növbətçilik sistemi təşkil olunub, ərazilərə əlavə mal-material və maşın-mexanizmlərin cəlb edilməsi ilə bağlı tapşırıq verilib.

"İstehlakçılar elektrik enerji təchizatı ilə əlaqədar qarşılaşdıqları hər hansı problemlə bağlı 24 saat fəaliyyət göstərən və bütün ölkə ərazisini əhatə edən 199 Çağrı Mərkəzi ilə əlaqə saxlasınlar", - qurum bəyan edib.