01 05 2024-cu il Bakı 18 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Sarkisyan özünü və Paşinyanı ifşa etdi

17.02.2021

 Ermənistan İkinci Qarabağ müharibəsində Azərbaycana qarşı "İskəndər" raketindən istifadə edib.

DM "Report"a istinadən xəbər verir ki, bunu Ermənistanın keçmiş prezidenti Serj Sarkisyan "Armnyuz”a müsahibəsində etiraf edib:

"Ermənistan tərəfdən "İskəndər”in tətbiq edilməməsi ilə bağlı verilmiş açıqlamalarla razı deyiləm”.

Onun sözlərinə görə, bu raket döyüşlərin son günlərində tətbiq edilib:

"Konkret olaraq Şuşaya atılıb”.

Sarkisyan bildirib ki, "İskəndər" raketindən Şuşanı yenidən ələ keçirmək üçün istifadə ediblər. Müxbirin "düşmənin ərazisinə niyə bu raketi atılmadı” sualına cavabında keçmiş prezidenti deyib:

"Cavab zərbədən ehtiyat edildiyi üçün atılmayıb. "İskəndər”dən müharibənin 4-5-ci günü Horadiz və başqa istiqamətlərdə istifadə etmək lazım idi".

O, Azərbaycan ərazisinə Ermənistan tərəfindən başqa silahlar tətbiq edilmədiyi berədə deyilənlərlə razılaşmadığını vurğulayıb:

"Yadınızdadırmı, bir nəfər Gəncədə hava limanının yerlə bir edilməsi barədə əmr vermişdi”.