Yunanıstanın deportasiya etdiyi qaçqınlar Türkiyəyə sığındı  
    
                          
     
                         17.02.2021
 
    
                         Yunanıstan tərəfindən deportasiya edilən qaçqınlar Türkiyəyə sığınıb.
DM Türkiyə KİV-ə istinadən xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyinin rəsmi "Twitter" səhifəsində məlumat verilib.
Bildirilib ki, Yunanıstan tərəfindən telefonları və pulları alınan, zorakılığa məruz qoyularaq qanunsuz yollarla Türkiyəyə deport edilməyə çalışılan bir qrup qaçqın donmaq təhlükəsi ilə üz-üzə qalıb. Türkiyə tərəfi qaçqınları xilas edərək onları Edirnenin Meriç ilçəsinə gətirib.