01 05 2024-cu il Bakı 18 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Hizbullah hədələdi

17.02.2021

 İsrail bilməlidir ki, müharibə olsa, İsrail yarandığı gündən bu yana görmədiyini görəcək.

DM xəbər verir ki, bunu Hizbullahın rəhbəri Həsən Nəsrullah deyib.

"İsraillə savaşa cəhd etmirik, amma əgər o, müharibəni başlatsa, savaşacağıq. İsrail Livandakı şəhərləri və kəndləri bombardman etsə, biz də İsraili vuracağıq. İsrail ordusu bizim hərbi hədəflərimizə hücum etsə, biz də İsrailin hərbi hədəflərinə hücum edəcəyik.

Heç kim zəmanət verə bilməz ki, aramızdakı bir neçə günlük döyüş daha genişmiqyaslı savaşa gətirib çıxarmayacaq. Hadisələri izləyirik. Ölkəmizi təhlükəyə atan heç nə etməyəcəyik”, – deyə o bildirib.

Qeyd edək ki, bundan öncə İsrail Hərbi Hava Qüvvələri Livanla sərhəddə üçgünlük genişmiqyaslı təlimlərə start verib.