25 08 2025-cu il Bakı 26 ℃
DM RADİO
Onlİne xəbər
19/08/2025
13/08/2025
11/08/2025
25/07/2025
05/05/2025
06/02/2025
10/10/2024
19/07/2024
12/07/2024
23/04/2024
16/04/2024
08/04/2024

Suriyadan Türkiyəyə keçməyə çalışan rusiyalı terrorçu saxlanıldı

17.02.2021

 Suriyadan qanunsuz yollarla Türkiyəyə keçməyə cəhd edən 6 şəxs saxlanılıb.

DM Türkiyə KİV-ə istinadən xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyinin rəsmi "Twitter" səhifəsində məlumat verilib.

Bildirilib ki, Suriya ilə həmsərhəd olan Hatayın Narlıca ilçəsində Suriyadan Türkiyəyə qanunsuz yollarla keçməyə çalışan 6 şəxs saxlanılıb. Araşdırmalar nəticəsində məlum olub ki, onlardan 5 nəfər Rusiya vətəndaşı, 1 nəfər isə Liviya vətəndaşıdır. Aralarından Rusiya vətəndaşı olan qadın isə İŞİD üzvü olub.

Araşdırmalar davam etdirilir.