01 05 2024-cu il Bakı 18 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

ÜST-dən koronavirusla bağlı ŞAD XƏBƏR

17.02.2021

 Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Baş katibi Tedros Adhanom Qebreisus koronavirusla bağlı sevindirici açıqlamalar verib.

DM oxu.az-a istinadən xəbər verir ki, bu barədə ÜST rəhbəri "Twitter” hesabında yazıb.

Dünyadakı xəstəlik sayının 5 həftədir ardıcıl azaldığını qeyd edən Qebreisus deyib ki, bu il indiyə qədər həftəlik olaraq bildirilən xəstə sayı 4 yanvar həftəsində 5 milyondan çox yoluxmadan fevral həftəsində 2,6 milyon yoluxmaya düşüb:

"Beş həftədə yoluxma hardasa yarıya enib. İndi vacib olan bu tendensiyaya necə reaksiya göstərəcəyimizdir. Yanğın sönməyib amma ölçüsü azalıb. Hər hansı bir cəbhədə onunla mübarizəni dayandırsaq geri qayıdacaq”.