03 05 2024-cu il Bakı 19 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Paşinyan qəfil parlamentə gəldi

16.02.2021

 Ermənistanın baş naziri Nikol Paşinyan gözlənilmədən parlamenti ziyarət edib.

DM Ermənistan KİV-ə istinadən xəbər verir ki, "Joğovurd" qəzeti Paşinyanın bu qəfil ziyarətinin səbəblərini araşdırıb.

Qəzetə məlumat verən mənbə bildirib ki, Ermənistan hakimiyyəti seçki qanunvericiliyində dəyişikliklər planlaşdırır. Paşinyanın parlamentə gəlişi də seçki məcəlləsinin yeni layihəsi ilə tanış olmaq, düzəlişlər və əlavələri müzakirə etməklə bağlı olub. Ermənistan baş naziri burada hakim fraksiyanın bəzi üzvləri ilə görüşüb və siyasi konsultasiya aparıb.

Bildirilib ki, hakimiyyətin məqsədi özünə sərf edən yeni qanunvericilik bazası formalaşdırmaqdır.

Qeyd edək ki, Ermənistanda konstitusiya dəyişikliklərinin həyata keçirilməsi də müzakirə olunur.