02 05 2024-cu il Bakı 17 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Navalnı prokuroru danladı

16.02.2021

 Həbsdə olan rusiyalı müxalifətçi Aleksey Navalnı yenidən məhkəməyə çıxarılıb.

DM Rusiya KİV-ə istinadən xəbər verir ki, böhtan ittihamı ilə mühakimə olunan Navalnı proses zamanı prokuroru danlayıb.

Məhkəmənin gedişindən narazı olan siyasətçi hazırda salonda yeni cinayət işi baş verdiyini deyərək ittihamların qondarmalığına işarə edib. Onun vəkili Olqa Mixaylova isə "Bir cinayət işi yox, iki", - deyə replika verib.

Bundan sonra Navalnı prokurora müraciət edib: "Sonralar siz orda-burda gəzib deyəcəksiniz ki, Navalnının sözlərini eşidəndə ürəyim ağrıyırdı, özümü pis hiss edirdim?".

Prokuror Navalnının məzəmmətini cavabsız qoyub. Hazırda məhkəmə prosesi davam edir.