09 10 2025-cu il Bakı 22 ℃
DM RADİO
Onlİne xəbər
03/09/2025
02/09/2025
19/08/2025
13/08/2025
11/08/2025
25/07/2025
05/05/2025
06/02/2025
10/10/2024
19/07/2024
12/07/2024
23/04/2024
16/04/2024
08/04/2024

Erməni siyasətçidən AÇIQLAMA

16.02.2021

Ermənistan parlamentinin keçmiş deputatı, hakim "Mənim addımım" blokunun üzvü, Ermənistanın Çindəki ticarət nümayəndəsi Varazdat Karapetyan tutduğu postdan istefa verib.

DM Ermənistan KİV-ə istinadən xəbər verir ki, siyasətçi istefanın səbəblərini daxili amillərlə əlaqələndirib.

"İndi Çinə getmək vaxtı deyil, Ermənistanda olmaq lazımdır. İndi həmfikir insanlarla birlikdə biabırçı və amansız məğlubiyyətin yükünü çəkmək vaxtıdır. Əvvəlcə öz milli məsələlərimizi həll etməli, sonra başqa ölkələrlə münasibətlər barədə düşünməliyik", - deyə Karapetyan bəyan edib.

Siyasətçi əlavə edib ki, ictimai-siyasi planları ilə bağlı yaxın zamanlarda topluma məlumat verəcək.

Qeyd edək ki, V.Karapetyan 2020-ci ilin noyabrında deputatlıqdan istefa verərək Çinə ticarət nümayəndəsi təyin olunmuşdu.