01 05 2024-cu il Bakı 15 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Cəmşid Naxçıvanski adına Hərbi Liseydə tədbir keçirilib - VİDEO

15.02.2021

Həzi Aslanov adına Ordu İdeoloji və Mədəniyyət Mərkəzinin təşkilatçılığı ilə Cəmşid Naxçıvanski adına Hərbi Liseydə 44 günlük Vətən müharibəsində Azərbaycan Ordusunun qazandığı qələbəyə həsr olunan "Zəfər” adlı tədbir keçirilib.

DM müdafiə nazirliyinə istinadən xəbər verir ki, tədbirdə Hərbi Liseyin şəxsi heyəti, Həzi Aslanov adına Ordu İdeoloji və Mədəniyyət Mərkəzinin, Bakı şəhər Mədəniyyət Baş İdarəsinin yaradıcı heyəti və ictimaiyyət nümayəndələri iştirak edib.

Əvvəlcə Ümummilli lider Heydər Əliyevin və Azərbaycanın müstəqilliyi, ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Azərbaycan Respublikasının Dövlət himni səsləndirilib.
Tədbirdə çıxış edənlər Ali Baş Komandanın rəhbərliyi ilə Azərbaycan Ordusunun qələbəsindən, Vətən müharibəsi nəticəsində işğal olunmuş torpaqlarımızın, eləcə də qürur simvolumuz olan Şuşanın azad edilməsinin tarixi əhəmiyyətindən danışıblar.

Sonda Həzi Aslanov adına Ordu İdeoloji və Mədəniyyət Mərkəzinin, Bakı şəhər Mədəniyyət Baş İdarəsinin yaradıcı heyəti vətənpərvərlik mövzusunda bədii proqramla çıxış edib.