28 04 2024-cu il Bakı 18 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Prezidentin Laçında açılışından maraqlı məqamlar

15.02.2021

 Prezidenti İlham Əliyevin dünən açılışında iştirak etdiyi "Güləbird” Su Elektrik Stansiyası (SES) ilə bağlı iqtisadçı Toğrul Vəliyev maraqlı məlumat yayıb.

DM xəbər verir ki, iqtisadçı ermənilərin Güləbird SES-i 2019-cu ildə tikdiyini bildirib: 

"Erməni mənbələrinin məlumatına görə, bu SES "Həkəri" MMC adlı şirkətə məxsus olub. Şirkət 2020-ci ilin ilk yarısında təxmini 16 min manat həcmində vergi ödəyib (Separatçı rejimə vergi ödəyən 300 şirkət arasında 295-ci yerdə olub). Başqa tərəfdən bu şirkət daxili korrupsiyanın yaxşı təcəssümüdür. Belə ki, şirkət səhmdarları arasında 2019-cu ilin sonuna kimi Arayik Aratyunyanın köməkçisi olan şəxsin həyat yoldaşı, Ermənistanda fəaliyyət göstərən mis kombinat sahiblərin həyat yoldaşları və digər Su Elektrik Stansiyaların sahibləridir (şirkətin özü 2016-ci ilə qeydiyyatdan keçib). 

SES-in gücü 8,04 MVt, istehsalı isə 45-82 milyon kVt*saat elektrik enerji təşkil edir”.