28 04 2024-cu il Bakı 18 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Çavuşoğludan PKK açıqlaması

15.02.2021

  Bu iki gün ərzində terrorla "mübarizə aparan” ölkələrin PKK-nın qətliamına səssiz qaldıqlarını, ya da müxtəlif bəhanələr gətirdiklərini müşahidə edirik. 

DM-in xəbərinə görə, bu barədə Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu 13 Türkiyə vətəndaşının PKK terror təşkilatı tərəfindən qətlə yetirilməsinə münasibət bildirərkən deyib. 

"Əlbəttə, şəhidlərimizin qanı yerdə qalmayacaq”, deyə nazir vurğulayıb. 

Qeyd edək ki, dünən Türkiyənin milli müdafiə naziri Hulusi Akar Türkiyə Silahlı Qüvvələrinin İraqın şimalında Qara əməliyyat bölgəsində PKK/YPG-ya qarşı apardığı "Pəncə Qartal-2” hərəkatında terrorçuların mağarasından 13 günahsız Türkiyə vətəndaşının meyitinin aşkarlandığını bildirib. Altı il əvvəl girov götürülən həmin şəxslər arasında Türkiyənin müdafiə və daxili işlər nazirliklərinin əməkdaşları da var.