28 04 2024-cu il Bakı 19 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Ermənistanda manyak özünü azərbaycanlı kimi təqdim etdi

15.02.2021

 Ermənistanda internet-manyak feysbukda saxta azərbaycanlı adı ilə qeydiyyatdan keçərək İkinci Qarabağ müharibəsində itkin düşən və ya guya Azərbaycanda əsir saxlanılan hərbçilərin qadın yaxınları ilə əlaqə quraraq çılpaq şəkil və videolar istəyib.

DM xəbər verir ki, bu barədə Ermənistan Milli Təhlükəsizlik Xidməti məlumat yayıb.

Məlumata görə, adı açıqlanmayan həmin şəxs foto və videolar göndərilməyəcəyi halda əsir hərbçiləri öldürəcəyi ilə təhdid edib. Əxlaqsız tələblər irəli sürən şəxsin "tələsinə” düşənlər arasında 16 yaşlı qız da var. Bütövlükdə 10-a yaxın zərərçəkmiş müəyyənləşdirilib.

Bildirilib ki, həmin şəxs artıq saxlanılıb. Ermənistanda bu cür cinayət törədənləri 10 ildən 12 ilədək həbs cəzası gözləyir.