03 05 2024-cu il Bakı 15 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Karantin rejimi ilə bağlı vacib açıqlama

15.02.2021

 Hazırda müşahidə etdiyimiz tendensiya stabilləşməni göstərir. Artıq infeksiya nəzarət altındadır və stabilləşib. Mütəxəssislərin və şəxsən mənim fikrimcə, kəskin hansısa dəyişikliklərin edilməsi və ya yumşaldılmalara gedilməsi hələlik tezdir.

DM Musavat.com-a istinadən xəbər verir ki, bunu Səhiyyə Nazirliyi yanında İctimai Səhiyyə və İslahatlar Mərkəzinin şöbə müdiri Nabil Seyidov bildirib.

O əlavə edib ki, artıq ali təhsil və orta məktəblərin yuxarı sinif şagirdlərinin tədrisinə start verilib:

"Bu da yeni yumşaldılma tədbiridir. Bunun effektini müəyyən müddət ərzində öyrənməli və təhlil etməliyik. Bununla bağlı çox ciddi problemlər gözləmirik. Bunu bizə ABŞ və Avropada aparılan tədqiqatlar deməyə əsas verir.

Aparılan araşdırmalar göstərir ki, uşaqlar məktəb və məktəbəqədər müəssisələrdə yoluxmuş olurlarsa, müəllim heyətinin yoluxma riski çox aşağıdır. Müəllimlərin yoluxması onların ailə üzvlərindən evdə yoluxması ilə daha çox bağlıdır”.