03 05 2024-cu il Bakı 18 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Paşinyan müxalifətçi deputatı bu postdan uzaqlaşdırdı

15.02.2021

 Ermənistan baş naziri Nikol Paşinyan Antikorrupsiya Şurasının tərkibində dəyişikliklər edib.

DM Ermənistan KİV-ə istinadən xəbər verir ki, bu vaxta kimi qurumda təmsil olunan müxalifətçi deputat da Antikorrupsiya Şurasından xaric edilib. Belə ki, müxalif Çiçəklənən Ermənistan Partiyasının funksioneri, Ermənistan parlamentinin üzvü Naira Zohrabyan işdən kənarlaşdırılıb.

Paşinyanın bu qərarı narazılıq doğurub. Bildirilib ki, müxalifət təmsilçilərinin korrupsiya ilə mübarizə sahəsində ictimai nəzarətin təmin olunmasında iştirakı bununla mümkünsüz olub.

Qeyd edək ki, deputat N.Zohrabyan Paşinyan və tərəfdarlarını təhqir etməklə gündəmə gəlmişdi. Bu əməlinə görə müxalif deputat parlamentdə komissiya sədri vəzifəsini də itirmişdi.