03 05 2024-cu il Bakı 17 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Dünyada yoluxma ilə bağlı son STATİSTİKA

15.02.2021

 Dünyada yeni növ koronavirus (COVID-19) infeksiyasına yoluxanların sayı artmaqda davam edir.

DM xəbər verir ki, dünya ölkələri üzrə yoluxma sayı 109 milyon 390 min 539 nəfərə çatıb.

Hazırda pandemiya qurbanlarının sayı 2 milyon 411 min 501 nəfərdir. İndiyədək 81 milyon 474 min 624 infeksiya daşıyıcısı xəstəlikdən sağalıb.

Ümumdünya Səhiyyə Təşkilatının gündəlik hesabatına əsasən, ötən sutka ərzində dünyada 300 min 530 nəfər infeksiyaya yoluxub, 7776 nəfər isə həyatını itirib.

Xatırladaq ki, koronavirus 2019-cu ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. COVID-19 virusu 218 ölkədə qeydə alınıb.