03 05 2024-cu il Bakı 18 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Yaponiyada zəlzələ - YENİLƏNİB

14.02.2021

Şənbə günü Yaponiyada 7,3 bal gücündə baş verən zəlzələdə xəsarət alanların sayı 124-ə çatıb.

DM bildirir ki, bu barədə Yaponiyanın ictimai televiziyası məlumat yayıb.

Yaponiyada baş verən 7.3 bal gücündə zəlzələ nəticəsində xəsarət alanların sayı 50 nəfəri ötüb

APA Kyodo agentliyinə istinadən xəbər verir ki, yaralıların əksəriyyəti yeraltı təkanların ən çox hiss olunduğu Miyaqi və Fukusima prefekturalarının sakinləridir.

Yaponiyanın Baş naziri Yoşihide Suqa zəlzələdən sonra açıqlama verərək, yeraltı təkanların genişmiqyaslı dağıntılara və çox sayda qurbana səbəb olmadığını bildirib. O, həmçinin, Yaponiyanın nüvə obyektlərinə ziyan dəymədiyini qeyd edib.

Baş nazir yerli sakinləri yeraltı təkanlara hazır olmağa və gecə çölə çıxmamağa çağırıb.

Sunami təhlükəsi proqnozlaşdırılıb.