04 05 2024-cu il Bakı 15 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Nazir dövlət şirkətlərinin işini TƏNQİD ETDİ

12.02.2021

"Bir sıra dövlət şirkətlərinin fəaliyyəti günün tələblərinə uyğun deyil. Bəzi hallarda isə idarəetmənin effektivliyinin aşağı olması müşahidə edilir. Bu şirkətlərin xərclərinin, tender prosedurlarının şəffaflığı tam təmin edilməyib”.

DM-in məlumatına görə, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov "Postpandemiya dövründə vergi sistemi” konfransında bildirib.

Nazirin sözlərinə görə, bəzi şirkətlər büdcə gəlirlərinin formalaşmasında mühüm rol oynamalı olduqları halda, zərərlə işləyirlər:

"Bu sahədə artıq ciddi islahatlar həyata keçirilir. Dövlət şirkətlərinin effektivliyinin artırılmasına və onların ciddi bazar dəyərinə çatdırılmasına nail olunmalıdır. Dövlət şirkətlərinin borclanmlarına nəzarətin gücləndirilməsi, dövlət büdcəsinə divident ödənişlərinin artırılması hədəf kimi qarşımızda durur və 2020-ci ildə yaradılmış Azərbaycan İnvestisiya Holdinqi hazırda bu istiqamətdə çalışır".