04 05 2024-cu il Bakı 15 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Xocavənddə Njdenin heykəli söküləcək

12.02.2021

Erməni mediasında faşist Qaregin Njdenin Qarabağın Xocavənd şəhərindəki heykəlinin söküləcəyi ilə bağlı məlumat yayılıb.

DM erməni mətbuatına istinadən xəbər verir ki, heykəl artıq demontaj edilib.

"Njdenin abidəsi azərbaycanlıların tələbi ilə sökülərək, Tarix Muzeyinə aparılıb”, - deyə Ermənistan parlamentinin deputatı Sofya Ovsepyan bildirib.

Erməni jurnalist Nairi Ohikyan isə Feysbuk hesabında faşist abidənin şəkilini yayımlayaraq, bu barədə danışıqların aparıldığını bildirib:

"Azərbaycan abidəmizin sökülməsini tələb edir, Rusiya sülhməramlıları isə məsuliyyəti üzərinə götürmək istəmir. Məsələ yalnız kabinetlərdə müzakirə olunsa da, aydındır ki, Azərbaycan istədiyinə nail olacaq, çünki Ermənistan tərəfindən adekvat cavab yoxdur”.