29 04 2024-cu il Bakı 16 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

“İdman zalları açılsa, nə olacaq?" - Deputat

12.02.2021

"Azərbaycanda idman zalları bir ilə yaxındır ki, bağlıdır. Halbuki dünyanın bir çox ölkəsində pandemiya olsa da, idman zalları açıqdır”. 

DM xəbər verir ki, bunu Milli Məclisin iclasında deputat Fazil Mustafa Nazirlər Kabineti yanında operativ qərargahın idman zallarının açılması ilə bağlı qərar verməməsinə münasibət bildirərkən deyib.

"İdman zalları açılsa, nə olacaq? Orada yoluxma çoxalacaq? Xeyr”,- deyə o əlavə edib. 

Millət vəkili qeyd edib ki, Azərbaycanda bir çox sahələrdə bahalaşma müşahidə olunur, amma bəzi sahələrin fəaliyyətinə hələ də icazə verilmir: 

"Bu, problemlər yaradır, bir çox sahələr açılmalıdır ki, sahibkarlar işi ilə məşğul olsun”, - deyə F.Mustafa bildirib.