29 04 2024-cu il Bakı 21 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Dərslər dayandırılması sualına CAVAB

12.02.2021

Mart ayında dərslər yenidən dayandırılacaq.

DM xəbər verir ki, bu barədə sosial şəbəkələrdə və "Whatsapp” qruplarında məlumatlar yayılır. Söz-söhbət gəzir ki, mart ayının sonunda, Novruz bayramı tətilindən sonra şagirdlərin məktəbə getməsi dayandırılaraq distant təhsilə keçiləcək.

Məsələyə aydınlıq gətirmək üçün Təhsil Nazirliyilə əlaqə saxladıq. Nazirliyin mətbuat xidmətinin rəhbəri Cəsarət Valehov bildirib ki, yayılan məlumatların heç bir əsası yoxdur. Onun sözlərinə görə, hazırda Azərbaycanda məktəblərin bağlanmasına səbəb olacaq sanitar-epidemioloji durum yoxdur.

"Cəmiyyətdə gəzən söz-söhbətin heç bir əsası yoxdur. Sosial şəbəkələrdə səhv informasiya yayırlar. Ümumiyyətlə, dərslərin dayandırılması ilə bağlı məsələ birbaşa Nazirlər Kabinetinin verdiyi qərarla tənzimlənir.

Hazırda mətkəblərdə dərslərin dayandırılmasına əsas verəcək heç bir narahatlıq və təhlükə yoxdur”, - deyə Cəsarət Valehov bildirib.