03 05 2024-cu il Bakı 19 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

"Qadınlar çox danışır" deyən yapon sədr istefa edəcək

11.02.2021

 Tokio Paralimpiya Oyunları Təşkilat Komitəsinin sədri Mori Yoşiro, qadınlarla əlaqəli ifadələrinə görə üzr istəyib. 

DM xəbər verir ki, onlayn iclas zamanı 83 yaşlı Mori, komitə üzvlərində qadın əməkdaşlarının sayını artırmağı təklif edib. Daha sonra isə o, "Əgər qadın sayını artırsaq, danışma müddətlərini  məhdudlaşdırmalıyıq. Çünki onlar çox danışır",- deyə ifadə edib.  

Sədrin bu çıxışı insanlar arasında narazılığa səbəb olub. Sosial media istifadəçiləri Morini tvitterdə istefaya etməyə çağırıblar. Belə ki, yenidən onlayn iclas keçirən komitə sədri istefa edəcəyini bildirib.