09 05 2024-cu il Bakı 17 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

“Instagram”a görə kütləvi həbslər BAŞLADI

18.07.2018

İranın Bəndər Abbas şəhərində həyata keçirilən əməliyyat nəticəsində "Instagram"da "uyğun olmayan" paylaşımlarına görə 46 nəfər saxlanılıb.
"Dövran Media" xəbər verir ki, saxlanılanlardan altısı qadındır.
Tutulanların fotoqraf, gözəllik salonları və restoran işçiləri olduğu məlum olub.
Polis İdarəsinin sözçüsü bildirib ki, onlar "mədəniyyətə zərər vermək məqsədilə" paylaşımlar ediblər.
Qeyd edək ki, İranda 2009-cu ildən etibarən "Facebook" və "Twitter" yasaqlansa da, İranın ali dini lideri Ayətullah Xameneyinin rəsmi "Twitter" hesabı var.