05 05 2024-cu il Bakı 13 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Yoluxma ilə bağlı son RƏQƏMLƏR

11.02.2021

Dünyada yeni növ koronavirus (COVID-19) infeksiyasına yoluxanların sayı artaraq 107 milyon 853 min 128 nəfərə çatıb.

DM xəbər verir ki, pandemiya qurbanlarının sayı 2 milyon 364 min 938 nəfərdir. İndiyədək 79 milyon 870 min 509 infeksiya daşıyıcısı xəstəlikdən sağalıb.

Son günlər dünya ölkələri üzrə yoluxma halları kəskin artmaqdadır. Koronavirusa yoluxanların sayına görə ABŞ birinci yerdədir. Bu ölkədə 27 897 214 nəfər virusa yoluxub, 483 200 pasiyent dünyasını dəyişib.

İkinci sırada Hindistan gəlir. İndiyədək bu ölkədə 10 871 060 yoluxma qeydə alınıb. Onlardan 155 399 nəfəri vəfat edib.

Üçüncü sırada yer alan Braziliyada pandemiya dövründə 9 662 305 nəfərdə virus aşkar edilib. Xəstələrdən 234 945 nəfəri həyatını itirib.

Dördüncü yerdə qərarlaşan Rusiyada 4 012 710 yoluxma, 78 134 ölüm faktı qeydə alınıb.

Siyahıda beşinci olan Böyük Britaniyada 3 985 161 nəfər virusa yoluxub ki, onlardan 114 851-i ölüb.

Xatırladaq ki, koronavirus 2019-cu ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. COVID-19 virusu 218 ölkədə qeydə alınıb.