05 05 2024-cu il Bakı 18 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Zərifin gizli səs yazısı yayıldı

10.02.2021

İranın vurduğu Ukrayna təyyarəsi ilə bağlı gizli səs yazısı ortaya çıxıb.

DM xəbər verir ki, bu barədə CBC məlumat yayıb.

Gizli səs yazısının Kanada hökuməti və gizli xidmətin əlində olduğu, eyni zamanda səsin İran xarici işlər naziri Məhəmməd Cavad Zərifə aid olduğu iddia edilib.

Səs yazısında Zərif əvvəlcə təyyarənin vurulmasının təsadüf olduğunu, daha sonra casusların təyyarəni qəsdən vurduğunu deyib:

"Hadisəni mütəşəkkil cinayətkar qrupun törətdiyini ehtimal etsək belə, həqiqəti nə bizə, nə də başqasına söyləyəcəklər. Bunun ehtimalı azdır. Hadisədə casusların da əli ola bilər. Minlərlə ehtimal var. Bəlkə də həqiqətən müharibə və ya radara görə qəza baş verib. Bundan başqa, həqiqətin heç vaxt açıqlanmaması üçün səbəblər də ola bilər”.

Səs yazısının bir hissəsində Zərif nümunə kimi Rusiyanın 2014-cü ildə Malayziya Hava Yollarına aid təyyarəni vurmaqda günahlandırıldığını, ancaq bunu heç vaxt etiraf etmədiyini bildirib.

CBC yazır ki, səs yazısı təyyarə qəzasından bir neçə ay sonra gerçəkləşib.

Kanada Baş naziri Castin Trüdonın müşaviri Ralf Qudeyl hökumətin səs yazısından xəbərdar olduğunu deyib.

Xatırladaq ki, keçən ilin yanvar ayının 8-də Ukrayna Hava Yollarına aid "Boinq” sərnişin təyyarəsi Tehran hava limanından qalxdıqdan az sonra vurulmuşdu. Təyyarədə olan 9 ekipaj üzvü və 167 sərnişinin hamısı həlak olmuşdu. Hadisədən bir neçə gün sonra İran tərəfi təyyarəni səhvən vurduğunu etiraf etmişdi.