05 05 2024-cu il Bakı 18 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Bayram çərşənbələri və qeyri-iş günləri açıqlandı

10.02.2021

 2021-ci ildə Novruz bayramında qeyri-iş günləri məlum olub.

Nazirlər Kabinetinin 2021-ci il üçün Novruz bayramı günlərinin müəyyən edilməsi haqqında” qərarına əsasən, 2021-ci il martın 20, 21, 22, 23, 24-ü Novruz bayramı günləri müəyyən edilib.

2021-ci il martın 20-21-i həftənin şənbə və bazar günlərinə təsadüf etdiyindən, Əmək Məcəlləsinə əsasən iş və istirahət günlərinin yerləri dəyişdiriləcək. Beləliklə, martın 25-i və 26-sı da qeyri-iş günü olacaq.

Novruz bayramı ilə əlaqədar 7 gün ardıcıl (20, 21, 22, 23, 24, 25, 26 mart) iş olmayacaq.

Qeyd edək ki, Azərbaycanda bu il Novruz çərşənbələrinin qeyd olunacağı tarixlər də məlumdur. Bu il ilk – Su çərşənbəsi fevralın 23-nə təsadüf edəcək. Daha sonra martın 2-də Od, 9-da isə Yel çərşənbəsi olacaq.

Novruzun ilaxır – Torpaq çərşənbəsi isə martın 16-da qeyd ediləcək.