05 05 2024-cu il Bakı 15 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Bakı metropoliteni fəaliyyətə hazırdır

10.02.2021

 Bakı metropoliteni sərnişin qəbulunu dayandırmasına baxmayaraq, fəaliyyətini bərpa etməyə hazırdır.

Bunu "Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyətinin Mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov deyib.

O bildirib ki, sərnişindaşımadan asılı olmayaraq, metroda bütün infrastruktur işlək və saz vəziyyətdə qorunub saxlanılır: "Bakı metropoliteninin pandemiya dövründə sərnişindaşıma fəaliyyətinin tənzimlənməsi birbaşa olaraq Nazirlər Kabineti yanında Operativ Qərargahın səlahiyyətindədir. Buna baxmayaraq, metronun infrastrukturu sərnişindaşıma fəaliyyətindən asılı olmayaraq texnoloji proseslərə söykənən amildir.

Bu müvafiq normativ sənədlərə, o cümlədən texniki istismar qaydalarına uyğun həyata keçirilir. Pandemiya dövrünün şərtlərindən asılı olmayaraq, metropoliten fəaliyyətə başladığı müddətdən bu günə qədər bu proseslər normativ sənədlərə uyğun tənzimlənir. Hazırda da bu proses davam etdirilir".

B.Məmmədov deyib ki, metronun sərnişin qəbuluna icazə veriləcəyi təqdirdə bütün stansiyalar fəaliyyətə başlamağa hazır vəziyyətdədir.