27 04 2024-cu il Bakı 18 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Ərdoğandan dünyaya mesaj

10.02.2021

"Ölkəmizin tarixi dönüş nöqtəsinə şahidlik edirik. Planetin kosmos yarışında Türkiyəni üst səviyyəyə qaldıracağıq".

Bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ankarada keçirilən Milli Kosmos Proqramının təqdimat mərasimində deyib.

Ərdoğan bildirib ki, Türkiyə peyk istehsalı qabiliyyətinə sahib olan azsaylı ölkələrdəndir.

"Müşahidə peyklərində qazandığımız təcrübə ilə ötürücü peykləri özü istehsal edən ölkələr arasında yer tutacağıq" , - deyən Türkiyə lideri 2023-cü ildə Aya getməyi hədəflədiklərini dünyanın diqqətinə çatdırıb.

"Təmsil etdiyimiz mədəniyyətin dünyada yenidən lider ola bilməsi Türkiyənin kosmos yarışında qət edəcəyi məsafəyə bağlıdır. Ən önəmli hədəfimiz Cümhuriyyətimizin 100-cü ildönümündə Ayla ilk təması həyata keçirməkdir. İnşallah Aya gedirik. 2023-cü ilin sonunda yaxınmənzilli milli və hibrid raketimizlə Aya sərt eniş həyata keçirəcəyik", - Ərdoğan çıxışında qeyd edib.