06 05 2024-cu il Bakı 16 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

İrəvanda aksiya keçirildi

09.02.2021

İrəvanda Ermənistan İqtisadiyyat Nazirliyinin qarşısında etiraz aksiyası keçirilib.

DM Ermənistan KİV-ə istinadən xəbər verir ki, bu barədə müxalif Daşnaksütun Partiyasının funksionerləri sosial şəbəkə hesablarında məlumat veriblər. Etiraz aksiyası Nikol Paşinyan başda olmaqla, Ermənistan hökumətinin istefası tələbi ilə keçirilib.

Qeyd olunub ki, aksiyada heç bir səbəb göstərilmədən onlarla dinc etirazçı saxlanılıb. Polis aksiyaçılarla xüsusi amansızlıqla rəftar edib. Partiya funksionerlərindən Hayk Manukyan, Taron Kazaryan da həbs olunanlar arasındadır.

"Ermənistan polisi hazırki hakimiyyətin əlində oyuncağa çevrilib və iqtidarın cinayətkar əməllərinin qarantı rolunu oynayır", - deyə bildirilib.